Azərbaycanda 5 nəfərin öldüyü dəhşətlə bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Hadisə

Azərbaycanda 5 nəfərin öldüyü dəhşətlə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Publika.az-a DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, mayın 10-da saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini İlham Həsənovun idarə etdiyi “İveco” markalı yük və Şabran rayon sakini İlham Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşduqdan sonra aşıblar.

Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri, həmyerliləri Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm