SON DƏQİQƏ: Bakı metrosunda İŞIQLAR SÖNDÜ - FOTO
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ: Bakı metrosunda İŞIQLAR SÖNDÜ - FOTO

"Bakı Metropoliteni"nin 4 stansiyasında texniki problem yaranıb.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metronun "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 yanvar" stansiyalarının daxili işıqlanmasında problem yaranıb: "Problem təxminən 2 dəqiqə olub və həmin xətt üzrə hərəkət edən qatarların hərəkətində gecikmə yaradıb. Artıq problem aradan qaldlrılıb və qatarlar normal qrafiklə hərəkət edir".

B.Məmmədov bildirib ki, elektrik enerjisində problem yalnız stansiyaların işıqlandırılmasında baş verib, qatar xəttində gərginlik dayanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm