Bakıda maşın səkiyə çırpıldı - Sürücü xəsarət aldı
Bizi izləyin

Hadisə

Bakıda maşın səkiyə çırpıldı - Sürücü xəsarət aldı

Bakının Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1987-ci il təvəllüdlü Bəylərov Ceyhun "Daewoo" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək Heydər Əliyev prospekti, 115 ünvanında, "ASAN Xidmət"lə üzbəüz yolda səkiyə çırpılıb.

Nəticədə sürücü xəsarət alaraq "təcili yardım" maşını ilə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Qəzaya "Daewoo"nun yanından keçən "Nissan X-Trail" markalı avtomobilin səbəb olduğu bildirilir./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm