Xəzərdə gəmi qəzasında yaralananlardan biri Fransada öldü
Bizi izləyin

Hadisə

Xəzərdə gəmi qəzasında yaralananlardan biri Fransada öldü

Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə 11 nəfər yaralanmış Saipem şirkətinin əməkdaşları (o cümlədən Azərbaycan vətəndaşları) Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına, Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndərilməsi "Saipem" şirkəti tərəfindən mayın 11-də təşkil olunub.

Bu barədə Trend-ə məlumat "Saipem" şirkətindən verilib.

Deyilir ki, digər daha yüngül xəsarət almış üç əməkdaşı artıq vətənlərinə göndərilib.

"Saipem" şirkəti bildirir ki, ən ağır vəziyyətdə olan şirkətin bir əməkdaşı bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşın həyatına heç bir təhlükə yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm