
Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alarkəndi ərazisində qeydə alınıb.
Belə ki, yolun kənarında oynayan kənd sakini, 5 yaşlı uşağı "VAZ-2107" markalı minik avtomobili vurub. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda azyaşlının şəxsiyyəti dəqiqləşdirilir.