Bakıda su borusu partladı - Mərkəzi küçəni SU BASDI
Bizi izləyin

Hadisə

Bakıda su borusu partladı - Mərkəzi küçəni SU BASDI

Bakıda su borusunun partlaması nəticəsində mərkəzi küçələrdən birini su basıb.

Hadisə Rəşid Behbudov küçəsində baş verib.

"Azərsu" ASC-dən Trend-ə bildirilib ki, adıçəkilən küçədə 500 mm-lik su borusu partlayıb:

"Hazırda hadisə baş verən yerə ASC-nin qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır".

Qeyd edək ki, hadisə ilə bağlı ətraf ərazilərə suyun verilişində fasilə yaranıb. Borudakı nasazlıq aradan qaldırıdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm