Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: 2 nəfər... - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: 2 nəfər... - FOTO

Bərdə rayonunda avtomobil təmiri sexində partlayış baş verib.

Hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 30 kvadratmetr olan obyektdə minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib. Nəticədə ərazidəki avtomobil ehtiyat hissələri yanıb. Eyni zamanda hadisə zamanı rayon sakinləri - 1970-ci il təvəllüdlü Habil Orucov və 1960-ci il təvəllüdlü Telman Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Alov söndürülüb, yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm