
Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Xəzər rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hər mərtəbəsi 3400 m² olan üçmərtəbəli tikilinin (ticarət mərkəzi kimi fəaliyyət göstərir) zirzəmisində rəflərə yığılan parça materiallar 100 m² sahədə yanıb.
Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.