Azərbaycanda 18 yaşlı tələbə oğlan bu maşında öldü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda 18 yaşlı tələbə oğlan bu maşında öldü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR/YENİLƏNDİ

Astarada baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Publika.az-ın məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olan 18 yaşlı Qadir Baxşıyevin ölümü ilə nəticələnən qəzada “VAZ 21011” markalı, 99 RU 131 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 17 yaşlı Şəhriyar Əsgərov həmin maşını 4-5 gün imiş ki, alıbmış. Bildirilir ki, dəhşətli qəza 17 yaşlı oğlan təzə aldığı və uzun illər istismar edilmiş avtomobili yüksək sürətlə idarə edərkən baş verib.

Qeyd edək ki, 17 yaşlı oğlanın avtomobili Astara rayonu Siyətük kənd sakini, 37 yaşlı Şamradov Məmməd Şükür oğlunun idarə etdiyi “Mersedes” markalı, 99HD 377 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpması nəticəsində 18 yaşlı Baxşiyev Qadir Kamil oğlu hadisə yerində dünyasını dəyişib. 17 yaşlı sürücü Şəhriyar Əsgərov isə ağır bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Dəhşətli qəzada vəfat edən Qadirin və qəzaya düşən avtomomobilin bəzi fotolarını təqdim edirik.

*****

09:11

Astarada baş vermiş ağır yol nəqliyyat hadisəsi nətincəsində dünyasını dəyişən 18 yaşlı Qadir Baxşıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

Publika.az xəbər verir ki, dünən Astara rayonunun Şüvi kəndi ərazisində baş verib. Həmin kəndin sakini,17 yaşlı Şəhriyar Əsgərovun idarə etdiyi “VAZ 21011” markalı, 99 RU 131 dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonu Siyətük kənd sakini, 37 yaşlı Şamradov Məmməd Şükür oğlunun idarə etdiyi “Mersedes” markalı, 99HD 377 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.

Nəticədə “VAZ 21011”- də olan sənrişin, Astara rayonu Şüvi kənd sakini, 18 yaşlı Baxşiyev Qadir Kamil oğlu hadisə yerində dünyasını dəyişib. 17 yaşlı sürücü Şəhriyar Əsgərov isə ağır bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ölən Qadir Baxşıyev evin tək oğlu olub. Onun atası hazırda Ümrə ziyarətindədir.

Faktla bağlı Astara rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Dəhşətli qəzada vəfat edən Qadirin bəzi fotolarını təqdim edirik.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm