Zaqatala güclü sel – 4 nəfər xilas edildi
Bizi izləyin

Hadisə

Zaqatala güclü sel – 4 nəfər xilas edildi

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolması ilə bağlı müraciət daxil olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm