Tovuzda 1 ailənin 5 üzvü balıqdan zəhərləndi
Bizi izləyin

Hadisə

Tovuzda 1 ailənin 5 üzvü balıqdan zəhərləndi

Tovuz rayonunda 5 nəfər qidadan zəhərlənib.

Hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, bir ailənin 5 üzvü qidadan zəhərlənib. Onlar xəstəxanaya aparılıblar.

Zəhərlənənlər 2011-cu il təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci il təvəllüdlü Həsən Rəşad oğlu Əliyev, 2017-ci il təvəllüdlü Mehriban Rəşad qızı Əliyeva, 1986-cı il təvəllüdlü Məlahət Vaqif qızı Məmmədova və 1985-ci il təvəllüdlü Rəşad Əliyevdir.

Onların balıqdan zəhərləndiyi ehtimal olunur.

Onlara tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm