Azərbaycanda müəllimlərin öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Hadisə

Azərbaycanda müəllimlərin öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Masallı rayonununda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 18-də saat 16 radələrində Masallı rayonunun Çaxırlı kəndi ərazisində Cəlilabad rayon sakini Sabir Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və həmyerlisi olan sərnişini Abdulla Abdullayev hadisə yerində ölüblər.

Qeyd edək ki, qəzada ölən şəxslərin ikisi də Cəlilabad rayon Maşlıq kənd orta məktəbinin müəllimi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm