Nazirlik tələbənin  ölümü ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

Nazirlik tələbənin  ölümü ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Astara rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 19-da saat 17 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Şüvi kənd sakinləri M.Şamradovun idarə etdiyi “Mercedes” və Ş.Əsgərovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Əsgərovun sərnişini, həmkəndlisi Qadir Baxşiyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

Astara RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən 18 yaşlı Q.Baxşıyev Azərbaycan Bədən Tərbiyyəsi və İdman Akademiyasının 1-ci kurs tələbəsi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm