Avtomobil 54 yaşlı kişini evinin qarşısında vurdu
Bizi izləyin

Hadisə

Avtomobil 54 yaşlı kişini evinin qarşısında vurdu

Yevlaxda avtomobil 54 yaşlı kişini evinin qarşısında vurub.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yevlax şəhərində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil yerli sakin, 1965-ci il təvəllüdlü Maqsud Quliyevi yaşadığı evin önündə vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm