Tanınmış azərbaycanlı tarixçi vəfat etdi
Bizi izləyin

Hadisə

Tanınmış azərbaycanlı tarixçi vəfat etdi

Tanınmış tarixçi alim vəfat edib.

Publika.az xəbər verir ki, Tarix üzrə elmlər doktoru, A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Tofiq Məhəmməd oğlu Məmmədov 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, T.Məmmədov uzun illər Bakı Dövlət Universitetində pedoqoji fəaliyyət göstərib. Həmçinin A.A.Bakıxanov adına Tarix İnstitutunda çalışıb. O, Azərbaycan tarixşünaslığında ilk dəfə məhz o, yunan-latın, bizans, suryani, gürcü, ərəb dilində olan çoxsaylı mənbələri, Azərbaycan və xarici tarixçilərin ən yeni tədqiqatlarını, nəşr olunmuş arxeoloji və etnoqrafik materialları tədqiqata cəlb edilməklə Qafqaz Albaniyasının IV-VII əsrlər tarixini araşdırıb.

Tofiq Məmmədov 31 nəşr olunmuş elmi əsərin, 3 monoqrafiyanın müəllifidir.

Allah rəhmət eləsin!

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm