• USD 1,7000 0,00% EUR 1,9396 +0,30%
    • GBP 2,1676 0,00% RUB 0,0272 +1,10%

Azərbaycanda məktəbli qıza sataşdığı deyilən müəllimi GÖRÜN, NƏ HALA SALDILAR

  • Hadisə
  • 22 May 2019 11:24
  • 6 094 Baxış
Azərbaycanda məktəbli qıza sataşdığı deyilən müəllimi GÖRÜN, NƏ HALA SALDILAR

Cəlilabad rayonunda 60 yaşlı müəllimin döyülməsi ilə bağlı məlumat və video yayılıb. İddia edilir ki, müəllim məktəbdə qız şagirdlərdən birinə qarşı əxlaqsız hərəkətinə görə döyülüb. Müəllimin şagirdin yaxınları tərəfindən döyüldüyü bildirilir.

Cəlilabad Rayon Təhsil Şöbəsindən Publika.az-a bildirdilər ki, hadisə barədə mətbuatdan məlumat əldə ediblər və hazırda şöbə müdiri məktəbdədir:

“Biz məlumatı öyrənən kimi polislə əlaqə saxladıq. Döyülən müəllim Uzuntəpə kənd 3 saylı məktəbdə işləyir. O, ibtidai sinif müəllimidir. Həmin şagird isə 9-cu sinifdə oxuyur. Bu vaxta qədər nə şagirdin valideynləri, nə də müəllim bu halla bağlı Təhsil Şöbəsinə müraciət edib. Biz yalnız mətbuatda yayılandan sonra hadisədən xəbər tutmuşuq. Məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılır”.

Gülxar

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR