• USD 1,7000 0,00% EUR 1,9396 +0,30%
    • GBP 2,1676 0,00% RUB 0,0272 +1,10%

Bakıda zirzəmidə meyiti tapılan şəxslə bağlı HƏQİQƏT ÜZƏ ÇIXDI

  • Hadisə
  • 25 May 2019 11:20
  • 1 537 Baxış
Bakıda zirzəmidə meyiti tapılan şəxslə bağlı HƏQİQƏT ÜZƏ ÇIXDI

Bakıda zirzəmidə meyiti tapılan şəxsin döyülərək öldürüldüyü məlum olub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Məlumata görə, döyülərək qətlə yetirilən kişinin 30 yaşlı Orxan Əliyev olduğu müəyyən edilib.

O.Əliyevi döyərək qətlə yetirən Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Mehrac Qəhrəmanov saxlanılıb.

***

12:17

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin ikimərtəbəli yaşayış binasının zirzəmisində köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri zirzəminin qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR