Ramil Usubov polkovnik-leytenanta yeni vəzifə verdi
Bizi izləyin

Hadisə

Ramil Usubov polkovnik-leytenanta yeni vəzifə verdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib. O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Xəbəri Xətai rayon Polis İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə, Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə keçmiş müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.(unikal.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm