
Bakı metrosunda qadın intihara cəhd edib.
Publika.az xəbər verir kİ, Bakı Metropoliteninin "28 may" stansiyasında 54 yaşlı qadın özünü relslərin üstünə ataraq özünü öldürmək istəyib.
QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, hadisə bu gün səhər saat 09:35-də baş verib. Saat 09:45-də isə qatarların hərəkəti bərpa edilib.
Relsin üzərinə düşən qadınının kimliyi məlum olub. O, 1965-ci il təvəllüdlü Asya Əmirovadır.
Hadisə vaxtı ağır xəsarət alan qadın xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. Hadisə nəticəsində metropolitenin Həzi Aslanov- Dərnəgül xəttinin işində 15-20 dəqiqəlik fasilə yaranıb.