Bakıda avtomobil işıq dirəyini yerindən qopardı - FOTO
Bizi izləyin

Hadisə

Bakıda avtomobil işıq dirəyini yerindən qopardı - FOTO

Bakıda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Toyota Land Cruiser" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə, işıq dirəyi yerindən qopub. Nəqliyyat vasitəsinə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu il aprelin 12-də də oxşar hadisə baş vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm