Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 2 ölü, bir neçə yaralı var - QORXUNC FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 2 ölü, bir neçə yaralı var - QORXUNC FOTO/VİDEO

Şamaxıda minik və yük avtomobillərinin toqquşması nəticəsində ölənlərin kimliyi məlum olub.

Publika.az "Report"a istinadən xəbər verir ki,hadisə zamanı İsmayılov Ramil (1980) və onun qardaşı Rasim dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

***

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon mərkəzində qeydə alınıb.

"Niva" markalı minik avtomobili ilə "SHACMAN" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlərdən biri yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm