Hadisə
Azərbaycanda şagirdləri vuran sürücü 83 yaşında və SƏRXOŞ OLUB - ŞOK FAKTLAR/VİDEO
Bakı şəhər Baş Polis İdarəsi xəbər saytlarında və sosial şəbəkələrdə taksi sürücüsünün məktəbliləri vurması ilə bağlı yayılan videogörüntüləri araşdırıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Publika.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, idarənin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb:
"1935-ci il təvəllüdlü (hadisə zamanı 83 yaşı olub) Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib.
Hadisə nəticəsində məktəblilərdən biri “sağ bud çanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi”, digəri sümük sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarətləri alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində müvafiq təhqiqat-istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib. Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub.
Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən, övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə, şikayət və tələblərinin olmadığını bildiriblər.
Qanunvericiliyə uyğun olaraq, taplanmış matreallar üzrə başlanmış cinayət işinə xitam verilib".
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları