Hadisə
Azərbaycanda 2 nəfərin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR

Dünən səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndindən keçən hissəsində baş verən dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, “Mercedes Vito” markalı, B 017 KN 134 dövlət nömrə nişanlı avtomobil sürücünün yuxuya getməsi səbəbindən sürətlə yolun kənar zolağında olan “Kamaz”a çırpılıb. Avtomobilin yük maşınına arxadan çırpılması nəticəsində ön tərəfdə oturan 2 nəfər hadisə yerindəcə keçinib. Daha bir neçə nəfər isə xəsarətlər alıb. Ölənlərdən biri sürücüdür.
Qeyd edək ki, qəzada ölənlər Ucar rayonunun Bərgüşad kənd sakini, 1965-ciil təvəllüdlü Usubov Fikrət Yusif oğlu və Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Qasımov İsmət Vəliyəddin oğludur.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq-Təhqiqat İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

-
Magazin206:46
Alişan "Sevgililər günü"nü həyat yoldaşı ilə Məkkədə qeyd etdi - Foto
-
ABŞ03:35
Trampdan Çinə 600 milyard dollarlıq zərbə
-
Sosial03:18
Əsgər yaxınlarının nəzərinə!
-
Sosial02:00
Bakı bulvarının ərazisi genişləndirilir - Hansı dəyişikliklər olacaq?
-
Hadisə01:20
Mingəçevirdə qatar avtomobillə toqquşdu: yaralılar var
-
ABŞ01:00
Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB
-
Nida Xəbər 14 Fevral 23:15
Bu məntəqələrin nəticələri ləğv olundu - SİYAHI
-
Magazin114 Fevral 22:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto