DİN 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Hacıqabulda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 4-də saat 8 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində N.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən M.Şahmarovun idarə etdiyi “KamAZ-5511” markalı avtomobilə vurub. Nəticədə N.İsayevin sərnişinlərindən Qismət Qasımov və Fikrət Usubov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm