Astarada telefon oğruları saxlanıldı - FOTO
Bizi izləyin

Hadisə

Astarada telefon oğruları saxlanıldı - FOTO

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefon mağazasından 6700 manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Publika.az-ın bölgə müxbirinə verilən məlumata görə, Astara şəhər sakini E.Əhmədov DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək ona məxsus mağazadan gecə saatlarında dəyəri 4700 manat olan 15 ədəd mobil telefonun, 1700 manat dəyərində danışıq kartlarının və 300 manat pulun oğurlandığını bildirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törətmiş şəxslər - Cəlilabad rayon sakini Vüqar Həsənov, Lənkəran rayon sakini İmran Eynəliyev və daha 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb.

Oğurlanmış mobil telefonlar, danışıq kartları və pul saxlanılan şəxslərdən aşkar edilərək götürülüb. Faktla bağlı Astara Rayon Polis Şöbəsində başlanılmış cinayət işinin istintaqı davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm