Polis 3 yaşlı Zəhranı oğurlayan şəxsi yaxaladı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Polis 3 yaşlı Zəhranı oğurlayan şəxsi yaxaladı - VİDEO - (YENİLƏNDİ)

Bakıda iki gün əvvəl itkin düşən və bu gün tapılan üç yaşlı Zəhra Bağırzadəni oğurlayan şəxs tutulub.

"Report"un məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.

***

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə tapılıb və ailəsinə təhvil verilib.

Bu barədə "Report"a Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən məlumat verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm