• USD 1,7000 0,00% EUR 2,0296 +0,12%
    • GBP 2,3669 -0,26% RUB 0,0235 +0,43%

Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açıldı

  • Hadisə
  • 7 İyun 2019 12:17
  • 551 Baxış
Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açıldı

Abşeron rayonu ərazisində 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 2013-cü ilin dekabr ayında Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Çərkəzov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR