İsmayıllıda 4 ton narkotik məhv edildi
Bizi izləyin

Hadisə

İsmayıllıda 4 ton narkotik məhv edildi

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, rayonun Xanagah kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 4 tondan artıq olan 3423 ədəd narkotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm