Sumqayıtda mənzildən iki yük maşını zibil çıxarıldı - VİDEO
Bizi izləyin

Hadisə

Sumqayıtda mənzildən iki yük maşını zibil çıxarıldı - VİDEO

Sumqayıt şəhərində zibil içində olan mənzil təmizlənib.

Bunu 6 saylı Mənzil İstismar Sahəsinin (MİS) nümayəndəsi Qəhrəman Rəhimov deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət mətbuatda işıqlanandan dərhal sonra aidiyyəti təşkilatlar hərəkətə keçib. Mənzildən iki yük maşını zibil çıxarılaraq daşınıb.

Hazırda həmin ev təmizdir və heç bir üfunət iyindən söhbət gedə bilməz. Ancaq yaşlı qadın üçün Təcili Tibbi Yardım avtomobili çağırılsa da, həmin ünvana həkim briqadası gəlməyib. Xəstəxana və əsəb dispanseri xəstə qadını qəbul etməyib.

MİS-in nümayəndəsi qeyd edib ki, ev təmizlənərkən diqqəti çəkən məqam olub. Mənzilin bir otağıda dini kitablar və Qurani kərim kitabları aşkarlanıb.

Məlumat üçün bildirək ki, söhbət Sumqayıt şəhər 2-ci mikrorayon, bina 8/11, mənzil 25-də yaşayan ailədən gedir.

Qonşuların bildirdiyinə görə, psixi problemi olan Təranə Bəylərova mənzildə Humay adlı xəstə anası ilə yaşayır.

Binada yaranmış antisanitar şəraitdən narazı olan qonşular aidiyyəti orqanlara müraciət etmişdilər (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm