Hadisə
Qəbələdə AĞIR QƏZA: 1 ölü, 3 yaralı
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadiəsi baş verib.
Hadisə ötən gecə Nic qəsəbəsində saat 05 radələrində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlar Qəbələ rayonu Nic qəsəbə sakini 1973-cü il təvəllüdlü Boyacari Boris Baqroviç onurğanın yumşaq toxumalarının əzilməsi, Uludaş kənd sakini 1961-ci il təvəllüdlü Zeynalov İzafəddin Nəcməddin oğlu sağ said sümüyü və sol qabırğaların sınığı, üçüncü şəxs isə Nic qəsəbə sakini 1999-cu il təvəllüdlü Boyacari Dmitriy Borisoviç birinci boyun fəqərəsinin yarım çıxığı xəsarətləri alıblar. Qəzada dünyasını dəyişən isə 1997-ci il təvəllüdlü Mirzəbəyli kənd sakini Muradov Şahmurad Qorxmaz oğludur.
İ.Zeynalov və D.Boyacari müalicə üçün Qəbələdən Bakıya müalicəyə gətiriliblər. (trend)
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq