İsmayıllı sakini qayınatasının evinin qarşısında özünü yandırdı
Bizi izləyin

Hadisə

İsmayıllı sakini qayınatasının evinin qarşısında özünü yandırdı

İsmayıllı rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

İsmayıllı rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, cinayət işi üzrə hadisə yerinə baxış keçirilibş, müvafiq ekspertizalar təyin olunub, şahidlərin ifadələri alınıb və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə R.Rəcəbalıyev ailə-məişət münaqişəsi zəminində qayınatası Ağasəf Məmmədova məxsus evin qarşısında qonşuların və digər şahidlərin yanında əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla özünü öldürməyə cəhd edib, iyunun 10-da aldığı yanıq xəsarətləri səbəbindən vəfat edib.

İş üzrə dindirilmiş qonşular və hadisənin digər şahidləri ifadələrində R.Rəcəbəliyevin əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla intihara cəhd etdiyini, eləcə də tez bir müddətdə alovu söndürərək təcili tibbi yardım çağırıb xəstəxanaya çatdırılmasını təmin etdiklərini bildiriblər.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm