Paytaxt sakinindən heroin götürüldü
Bizi izləyin

Hadisə

Paytaxt sakinindən heroin götürüldü

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Ə.Babayevanın evindən isə 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm