SON DƏQİQƏ: Bakıda yaşayış binasında yanğın
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ: Bakıda yaşayış binasında yanğın

Yasamalda yaşayış binasında yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 17:49 dəqiqədə söndürülüb. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm