Yük maşını dərəyə aşdı, 1 ölü, 2 yaralı var - FOTO
Bizi izləyin

Hadisə

Yük maşını dərəyə aşdı, 1 ölü, 2 yaralı var - FOTO

Yardımlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Haronu kəndi ərazisində, "Böyük dərə" adlandırılan ərazidə baş verib.

Rayonun 1992-ci il təvəllüdlü Köryədi kənd sakini Abışov Ceyhun Cavanşir oğlu sükanı arxasında olduğu "Kamaz" markalı, "10-DG-325" dövlət qeydiyyat nişanlı avtomobil ilə ot bağlaması aparan zaman idarəetməni itirib. Nəticədə "Kamaz" 500 metrlik dərəyə yuvarlanıb. Qəza zamanı maşının sərnişini, rayonun 1978-ci il təvəllüdlü Arvana kənd sakini Həsənov Namik Mirhəsən oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sürücü C.Əbişov və digər sərnişin, 2002-ci il təvəllüdlü Arvana kənd sakini Həsənov Rafiz İbrahim oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm