Şamaxı və Ağcabədidə biçilməmiş taxıl sahələri yandı - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Şamaxı və Ağcabədidə biçilməmiş taxıl sahələri yandı - FOTO (YENİLƏNDİ)

Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində baş vermiş yanğın söndürülüb.

Alovun söndürülməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı, Ağsu, Kürdəmir, Qobustan və Hacıqabul rayonları üzrə yanğın mühafizə xidmətlərinin texnika və canlı qüvvələri, həmçinin Mülki Müdafiə qoşunlarının əsgərləri iştirak edib.

Hadisə nəticəsində ərazidə 2 min hektar taxıl sahəsi yanıb.Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda FHN tərəfindən vətəndaşlara dəymiş ziyan hesablanır.

Eyni zamanda Ağcabədi rayonunun Xocavənd kəndində də biçinə hazır olan taxıl sahəsi yanıb.

Kənd sakininə məxsus olan 1 hektar sahədə biçilməmiş taxıl yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Alovun digər sahələrə keçməsinin qarşısı alınıb.

Hər iki faktla bağlı araşdırma aparılır (Report).

***

02:00

Şamaxıda yanğın qeydə alınıb.

FHN-dən Publika.az-a verilən məlumaat görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm