Bakıda polis əməliyyat keçirdi - Marixuana daşıyan maşın saxlanıldı
Bizi izləyin

Hadisə

Bakıda polis əməliyyat keçirdi - Marixuana daşıyan maşın saxlanıldı

Bakıda külli miqdarda nartotika daşıyan şəxs yaxalanıb.

Daxil olan məlumat əsasında rayon polis idarəsinin əməkdaşları Xətair rayonu, Şirvani küçəsi, 1 b saylı binanın qarşısında əməliyyat keçirib.

Keçirilən əməliyyat zamanı 1994-cü il təvəllüdlü Cabbarzadə Famil Habil oğlu saxlanılıb. Onun üzərindən 5,01 qram narkotik maddə olan tiryək, 6,528 qram isə heroin aşkar edilib.

Əməliyyat zamanı saxlanılan şəxsin idarə etdiyi 99 FD 150 dövlət nişanlı "Ford Transit" markalı avtomobilə baxış keçirilərkən isə 8 kiloqram 500 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm