Paytaxtda zəncirvari qəza, yaralılar var - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Paytaxtda zəncirvari qəza, yaralılar var - YENİLƏNDİ

Heydər Əliyev prospekti üzərində yerləşən Bağırov körpüsünün altında 5 maşının toqquşması ilə nəticələnən qəzada yaralananların şəxsiyyəti məlum olub.

"Report" xəbər verir ki, zəncirvari qəza zamanı 1978-ci il təvəllüdlü Həmidova Gültəkin Allahverdi qızı, 2001-ci il təvəllüdlü Allahverdiyeva Aysel Ayaz qızı, 1980-ci il təvəllüdlü Allahverdiyeva Ləman Allahverdi qızı və 1995-ci il təvəllüdlü Həsənli Abbas Tağı oğlu xəsarət alıblar.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Həmidova Gültəkinə qasıq və omba sümüklərinin sınığı diaqnozu qoyulub və palataya yerləşdirilib. Digər xəsarət alanlara isə döş qəfəsinin küt travması diaqnozu qoyulub və onlar ambulator müalicəyə buraxılıb.

***

22:03

Bakıda zəncirvari yol qəzası baş verib.

Hadisə paytaxtın Heydər Əliyev prospektində baş verib.

"BMW" markalı avtomobil Səhiyyə Nazirliyinin Tədris Cərrahiyyə Klinikasına məxsus təcili yardım avtomobili ilə toqquşub. Hadisə nəticəsində qəza törədən avtomobillər yolda hərəkətdə olan daha iki.maşına çırpılıb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Hazırda yolda güclü tıxac yaranıb (Trend).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm