Hadisə
Gəncədə silsilə oğurluqlar edən şəxslər tutuldu
Gəncə şəhərində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, iyunun 6-da Gəncə şəhəridə evlərin birindən 2000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Tağıyev, X.Qarayev və M.Həsənov Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 21-də Gəncə şəhəri ərazisində subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 15 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Əsgərov saxlanılıb.
Aparılmış əməliyyat tədbirləri zamanı onun bu ilin fevral-may ayları ərzində Gəncə şəhərində beş evdən pul, məişət əşyaları və inşaat materialları, habelə daha bir quyunu elektrik enerjisi ilə təmin edən naqilin 30 metrlik hissəsini oğurlaması da müəyyənləşib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ