Bakıda 3 mərtəbəli binada YANĞIN
Bizi izləyin

Hadisə

Bakıda 3 mərtəbəli binada YANĞIN

Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və divar kağızı 18 m² sahədə yanıb. Yüksək temperaturdan televizor və lambirindən ibarət tavan 3 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm