Azərbaycanda yol terroru – 6 ölü, 27 yaralı
Bizi izləyin

Hadisə

Azərbaycanda yol terroru – 6 ölü, 27 yaralı

Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 6 nəfər vəfat edib.

Publika.az xəbər verir ki, iyunun 17-də ölkə ərazisində ümumilikdə 16 yol qəzası baş verib. Nəticədə vəfat edən 6 nəfərdən başqa daha 27 nəfər xəstəxanaya yerləşdirilib.

Dünən baş vermiş ən ağır qəza Bakı şəhər Qaradağ rayonu ərazisində - Ələt magistralında baş verib. Banqladeşdən olan işçiləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 3 nəfər hadisə yerində ölüb, daha 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Masallıda minik avtomobilinin aşması isə 1 nəfərin ölümünə, daha 3 nəfərin isə yaralanmasına səbəb olub.

Bundan başqa ötən sutka Abşeron rayonu Saray qəsəbəsində minik avtomobilinin aşması, Qazaxda isə piyadanın vurulması hadisələrində də insan itkisi baş verib.

Hər bir faktla bağlı araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm