Hadisə
Azərbaycanda 3 avtomobil aşdı - ÖLƏNLƏR VAR
Son sutka ərzində Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb.
Publika.az xəbər verir ki, iyunun 18-də saat 10 radələrində Xızı rayonu ərazisində Bakı şəhər sakini A.Kamalov idarə etdiyi “Ravon Nexia” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Quba rayon sakini Rəsmiyyə Mirzəyeva hadisə yerində ölüb.
Oxşar hadisə dünən saat 16 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində də baş verib. Cəlilabad rayon sakini Elçin İsgəndərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün bacısı Gülnar hadisə yerində ölmüş, digər sərnişini, azyaşlı G.İsmayılova xəstəxanaya yerləşdirilib.
Bundan başqa iyunun 18-də saat 17 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində Bakı şəhər sakini Sərdar Məmmədov idarə etdiyi “Dong Feng” markalı yük avtomobilini aşırıb və hadisə yerində ölüb.
Hər bir hadisə ilə bağlı araşdırma aparılır.
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia