İsmayıllıda ahıl kişini avtomobil vurdu
Bizi izləyin

Hadisə

İsmayıllıda ahıl kişini avtomobil vurdu

İsmayıllı rayonunda 77 yaşlı kişini avtomobil vurub.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, NİVA markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən İsmayıllı rayon sakini, 1942-ci il təvəllüdlü Abbas Xasay oğlu Bayramovu vurub. Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm