Bakıda ağır qəza - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza - ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, gecə saatlarında Xətai rayonu Zığ yolunda Elvin Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən yaşlı kişini vurub. Ağır xəsarət alan piyada 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalardan sonra ölən şəxsin 1958-ci il təvəllüdlü Əliyev Tofiq Yəhya oğlu olması müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm