Sumqayıtda avtomobil dayanacaqdakı piyadanın üstünə aşdı - QORXUNC HADİSƏ
Bizi izləyin

Hadisə

Sumqayıtda avtomobil dayanacaqdakı piyadanın üstünə aşdı - QORXUNC HADİSƏ

Sumqayıtda ağır yol qəzası baş verib.

Hadisə Sumqayıt Su Elektrik Stansiyasının yaxınlığında baş verib.

Şəhər sakini Abdulov Müşfiq Eynulla oğlu idarə etdiyi 90 BJ 541 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yolun kənarındakı dayanacaqda dayanan piyada, 1989-cu il təvəllüdlü Əliyev Elnur Elman oğlunun üzərinə aşıb. Avtomobilin altında qalan E.Əliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm