Ağsu aşırımında QORXULU ANLAR: "Əjdaha" peyda oldu - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Ağsu aşırımında QORXULU ANLAR: "Əjdaha" peyda oldu - FOTO/VİDEO

***

14:29

Ağsu rayonunda qorxunc ilan öldürülüb.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 150-ci kilometrliyində, Ağsu dolaylarında baş verib.

Ağsu aşırımında istirahət edən şəxslərdən biri axşam saatlarında dərədən qəribə səs eşidib. Həmin şəxs bunu keçi səsinə oxşadıb və dərəyə enərkən üzləşdiyi mənzərədən dəhşətə gəlib. Dərədə boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvanı görən şəxs yaxınlıqdakı kafedən kömək istəyib. Həmin şəxslərin köməyi ilə ilanı zərərsizləşdirmək mümkün olub.

Öldürülən vəhşi sürünənin bədən hissəsi təhlükəli "Qafqaz gürzəsi"nə bənzəyir. Heyvanın kiçik ayaqlarının da olduğu bildirilir. (Trend)

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm