Bakıda 5 kişi dönərdən zəhərləndi
Bizi izləyin

Hadisə

Bakıda 5 kişi dönərdən zəhərləndi

Bakıda dönərxanaların birində zəhərlənmə hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Nizami rayonu, Babək prospekti 65 ünvanında qeydə alınıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onlardan 2-nin 33, digərlərinin isə 30, 26 və 24 yaşları var.

Hazırda həmin şəxslərin müalicələri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm