Astarada AĞIR QƏZA: bir ailənin 4 üzvü...
Bizi izləyin

Hadisə

Astarada AĞIR QƏZA: bir ailənin 4 üzvü...

Astara rayonunda yol qəzasında bir ailədən dörd nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi yolunun Astara rayonu ərazisində baş verib.

İçərisində Şirvan şəhər sakinlərinin olduğu bildirilən "Mitsubishi" markalı avtomobil körpüdən aşıb. Nəticədə ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan bir uşaq və ana Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm