Sabunçu DYP bir gündə qayda pozan 150 avtomobil aşkarladı - FOTO
Bizi izləyin

Hadisə

Sabunçu DYP bir gündə qayda pozan 150 avtomobil aşkarladı - FOTO

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri davam etdirilib.

Maarifləndirmə çərçivəsində Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları da rayon ərazisində piyada keçidlərindən istifadə, qanunsuz parklanma, piyada səkilərində avtomobillərin qanunsuz saxlanılması və digər faktlara qarşı profilaktik tədbir keçirib.

Tədbirdə qaydalara əməl etməyən piyada və sürücülər saxlanılaraq maarifləndirilib.

Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati Təcrübə üzrə baş inspektoru, polis mayoru Elmar Əbilov bildirib ki, gün ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 200 nəfərdən artıq piyada müəyyən olunmuş yeraltı və yerüstü keçiddən istifadə etmədiyi üçün saxlanılıb.

Onun sözlərinə görə, həmin piyadalar keçiddən istifadə qaydaları və keçiddən istifadənin vacibliyi barədə təlimatlandırılıb:

"Tədbir çərçivəsində ödənilməmiş cəriməsi olan 85 avtomobil müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən 68 nəfər dərhal cəriməni yerində ödədiyi üçün buraxılıb. Digər 17 sürücüyə isə xəbərdarlıq edilib. Ümumilikdə gün ərzində qayda pozan 1-dən artıq avtomobil saxlanılıb və onlar yol hərəkəti barədə təlimatlandırılıb.

Keçirilən tədbirlər çərçivəsində piyada səkisində piyadaların hərəkətinə mane olan 9 avtomobil müəyyən edilərək sürücülərə xəbərdarlıq edilib və səkidən kənarlaşdırılıb.

Tədbirimiz mütəmadi xarakter daşıyır. Məqsədimiz sürücü və piyadaları cərimələmək deyil, onları maarifləndirmək, qaydalara əməl etməyə çağırmaqdı. Hər bir vətəndaş qanunvericiliyə əməl etməli, qayda pozuntularının sayının azalmasına çalışmalıdır. Bildiyimiz kimi, yol nəqliyyat hadisələrinin əksəriyyəti insan amili ilə bağlıdır. Sürücülərin, piyadaların qaydalara əməl etməməsi ağır nəticələrə səbəb olur. Ani səhlənkarlıq insan ölümü və xəsarətlə nəticələnir. İstəyirik ki vətəndaşlarımız müəyyən olunmuş qaydalara əməl etsin, qayda pozuntularının və bədbəxt hadisələrin sayı azalsın. Bu cür tədbirlərin keçirilməsi vacibdir.

Vətəndaşları cərimələmədən onları maarifləndirmək bu cür halların azalmasına gətirib çıxarır. Bu işdə vətəndaşların və medianın dəstəyinə böyük ehtiyacımız var" (Trend).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm