Zığ şosesində baş verən yanğın söndürüldü - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Zığ şosesində baş verən yanğın söndürüldü - FOTO/VİDEO - (YENİLƏNDİ)

İyunun 26 da Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyatyanı sahələr yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası cəlb edilib. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Daxili İşlər, Səhiyyə nazirlikləri, Baş Prokururluq, "Azərsu", "Azərişıq", Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nümayəndələti hadisə yerinə cəlb olunublar.

Birgə səylır nəticəsində qısa zamanda yanğın söndürülüb, insan tələfatına yol verilməyib.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyatyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.

Publika.az xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi (120 nəfər) və texnikası (18 ədəd) cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlama verib.

Nazir bildirib ki, ilkin versiyaya görə, yanğın quru otdan başlayıb: “Bir neçə evin dam örtüyünə zərər dəyib. Xəsarət alan, yaralanan yoxdur. Altı hektar boş ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir. Nə vaxtsa alınıb, amma heç bir təhlükəsizlik, suvarma tədbirləri görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə kimi qəbul etmək lazım deyil".

K.Heydərov əlavə edib ki, bu hadisənin səbəbləri araşdırılacaq: "Kameralarda, yəqin ki, var. Əgər təxribat deyilsə, adi yanğın hadisəsidir. İnsanlar diqqətli olmalıdır".

***

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

Yanğınla bağlı qərargah yaradılıb.

***

13.39

Zığ şosesində fərdi yaşayış evləri yanır.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm