Hadisə
Milyonluq saatı oğurlanan azərbaycanlı gənc KİMİN OĞLUDUR? - FOTO (YENİLƏNDİ)
Sosial şəbəkələrdə isə saatı oğurlanan gəncin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğu barədə iddialar səsləndirilməkdədir.
Publika.az xəbər verir ki, bununla bağlı AAYDA açıqlama yayıb.
Açıqlamada deyilir: "Ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı Azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayaılıb. Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosiyalyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütamadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğıu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yaymışlar.
Bu yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmamış, Londondakı “Kings College”də təhsil almamışdır. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür.
Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir".
***
2019.06.26
20:56
Azərbaycandan olan 22 yaşlı turistin İspaniyanın İbisa adasında 1 milyon funt dəyərində saatı oğurlanıb.
Publika.az xəbər verir ki, bu haqda “Daily Mail” nəşri bildirib.
Cinayət İbisa şəhərinin sahilində gündüz saatlarında - saatın sahibinin dostu ilə birlikdə gəzdiyi zaman baş verib. Onların qarşısını kəsən quldur azərbaycanlı gəncin qolundakı “Richard Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb.
Zərərçəkmiş dərhal polisə hadisə barəsində şikayət edib.
Qeyd edək ki, “Richard Mille” dünyada ən bahalı saatlardan biridir. Onun çəkisi 40 qramdan da azdır. Saat 75 nüsxədə məhdud tirajla istehsal edilib.
-
Hadisə23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin121:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...
-
Sosial20:48Azərbaycanda dörd nəfərə yüksək vəzifə verildi - ADLAR
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir



































